thumbnail image
broken image
broken image
broken image

AZETRON

  • Əsas səhifə
  • Haqqımızda
  • Şərtlər & Qaydalar
  • Avtomobillər
  • Tərəfdaşlar
  • Əlaqə
  • …  
    • Əsas səhifə
    • Haqqımızda
    • Şərtlər & Qaydalar
    • Avtomobillər
    • Tərəfdaşlar
    • Əlaqə
broken image
broken image
broken image

AZETRON

  • Əsas səhifə
  • Haqqımızda
  • Şərtlər & Qaydalar
  • Avtomobillər
  • Tərəfdaşlar
  • Əlaqə
  • …  
    • Əsas səhifə
    • Haqqımızda
    • Şərtlər & Qaydalar
    • Avtomobillər
    • Tərəfdaşlar
    • Əlaqə
broken image
  •  AZETRON TRADING GROUP 

    Dünyanın əsas kommersiya mərkəzlərindən biri olan Şanxay şəhərində əsası qoyulmuş AZETRON TRADING GROUP şirkəti elektromobil (EV) və plug-in hibrid avtomobillərin (PHEV) sifarişini həyata keçirdən azsaylı peşəkar şirkətdən biri olmaqla yanaşı, ana dilimizdə bu sahə üzrə ixtisaslaşmış internet saytını təqdim etməklə və ən əsası, məhsullarını diler və zavodların rəsmi qiyməti əsasında müştərilərinə təklif etməklə fərqini ortaya qoyur. Əsas devizi şəffaflıq və dəqiqlik olan AZETRON üçün müştəri məmnuniyyəti başlıca prioritetdir. Peşəkar və etibarlı komandayla əməkdaşlıq etmək istəyən hər bir kəs bizimlə istənilən gün və saatda əlaqə saxlaya bilər. Bakı və Şanxay şəhərlərində yerləşən ofisləmizin qapısı hər kəs üçün açıqdır. Hər daim də ödənişsiz konsultasiya verməyə hazırıq.

    Onu da qeyd edək ki, işimiz təkcə avtomobil sifarişi həyata keçirməkdən ibarət deyil. Biz elektrikli mühərriklə təchiz edilmiş, ekologiya dostu hesab edilən yüksək texnoloji həllərə malik nəqliyyat vasitələrinin Azərbaycan cəmiyyəti tərəfindən daha yaxşı anlaşılması üçün də çalışırıq. Unutmayaq ki, elektromobil alan hər bir fərd yanacaq xərci və onlarla başqa ehtiyat hissələrinə sərf edəcəyi məsrəflərdən azad olmaqla yanaşı, ətraf mühitin qorunmasına da töhvə vermiş olur. Həm ölkəmizin, həm də planetimizin yeni nəsil enerji keçidi prosesində iştirak etmək istəyən dostlar bizə yazsın. Həm nəzəri, həm də praktiki biliklərimizi sizlərlə bölüşməyə hazırıq. Yaşıl gələcəyə birlikdə addımlayaq!

  • Yeniliklərlə bağlı abunə olun

2025 @AZETRON TRADING GROUP

Powered By
    Cookie Use
    We use cookies to ensure a smooth browsing experience. By continuing we assume you accept the use of cookies.
    Learn More